Kompendium layihəsinin növbəti toplantısı 
   
   Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının ən uğurlu layihələrindən hesab olunan, UNESCO-nun müvafiq konvensiyalarının monitorinqini aparan “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin həyata keçirilməsində fəal iştirak edir. Hər il işlənib hazırlanan Milli məruzə layihənin veb-portalında () yerləşdirilir. 
   1998-ci ildən həyata keçirilən Kompendium layihəsinin növbəti, 16-cı assambleyası 8-10 noyabr tarixində Praqada Çexiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkil olunub. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri, Kompendium layihəsi üzrə Azərbaycanın milli müəllifi Yaşar Hüseynli təmsil edib. Nazirliyin nümayəndəsi həmçinin Avropa Mədəniyyət Tədqiqatçıları Assosiasiyasının (EKURES) 12-ci Assambleyasında və “Milli mədəni qurumların missiyası və rolu” adlı İctimai Forumda iştirak edib.