Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - ikicildlik “Dünya dramaturgiyası antologiyası” işıq üzü görüb.
Tərcümə Mərkəzindən verilən məlumata görə, ikicildlikdə müxtəlif dövr və cərəyanları təmsil edən dünya şöhrətli dramaturqların seçmə pyesləri yer alıb.
“Skapenin kələkləri” adlanan birinci cildi dilimizə Xalq yazıçısı Elçin, “Lanqustun gülüşü” adlanan ikinci cildi yazıçı-tərcüməçilər Yaşar və Saday Budaqlı çevirib.