Noyabrın 5-də Belarusun paytaxtı Minskdə XVIII Beynəlxalq “Listapad” (“Yarpaq tökümü”) kinofestivalı start götürüb. Festivalda Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Macarıstan və bir sıra başqa ölkələrin kinematoqrafçıları iştirak edirlər.
Festivalın proqramı üç seksiyadan ibarətdir: oyun kinosu (əsas müsabiqə və debüt filmlərin “Gənclik yürüşdədir” müsabiqəsi), sənədli kino (əsas müsabiqə və gənc sənədli kino rejissorlarının müsabiqəsi) və uşaq kinosu. Festivalın əsas müsabiqə bölümündə azərbaycanlı rejissor Murad İbrahimbəyovun “Qardaşdan yaxşısı yox idi” filmi iştirak edir.
“Listapad” beynəlxalq kinofestivalı noyabrın 12-də başa çatacaq.