Dubay Yaxın Şərq və Afrika regionunda mehmanxana nömrələri tikintisinin sürətinə görə ən yüksək göstəricilərə nail olub. Bu məlumat STR analitik şirkətinin “Pipeline Report” adlı son hesabatına istinadla yayılıb. 
   Məlumata görə, hazırda Dubay Əmirliyində 95 layihə üzrə 29226 mehmanxana nömrəsi planlaşdırma və tikintinin müxtəlif mərhələlərindədir. Abu-Dabidə 12 layihə üzrə 4124 nömrə, Ər-Riyadda (29 layihədə 6349 nömrə, Dohada isə 38 layihədə 8878 nömrə tikilir. Hesabatda yalnız tikilməsi təsdiqlənmiş obyektlər təhlil olunub.
   2016-cı ilin oktyabr ayına aid göstəricilərlə müqayisədə Yaxın Şərqdə mehmanxana nömrələri tikintisinin sürəti 5,1 faiz artıb. Bütövlükdə bu regionda 314 layihə üzrə 99790 mehmanxana nömrəsi inşa edilir.