İsrailin “Open Skies” televiziya verilişinin dünya turizmi və ənənəvi mətbəx haqqında buraxılışlarından biri Azərbaycana həsr edilib.
Proqramın çəkilişi 20-24 noyabr tarixində aparılıb. Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu tərəfdaşları ilə birgə sözügedən layihənin reallaşmasına texniki və təşkilati dəstək göstərib. Verilişin yaradıcısı, direktoru və aparıcısı Gil Hov İsrailin məşhur simalarındandır. Yüksək reytinqli veriliş tamaşaçılarda göstərilən məkana diqqəti cəlb edir və səyahətə həvəs yaradır.
Çəkiliş komandası paytaxtımızın gözəlliyinə valeh olub və Azərbaycanda çəkilən epizodun izləyicilər tərəfindən maraqla qarşılanacağına əmindir.