C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı noyabrın 27-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində əfqan yazıçısı Xalid Hüseyninin romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı ilə yenidən sənətsevərlərin qarşısında çıxış edib. Tamaşa maraqla qarşılanıb.
Səhnə əsərinin quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.