Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni monotamaşa hazırlanır. Amerika yazıçısı V.Lyusun "Zelda" əsəri əsasında hazırlanan tamaşa "İstədiyim kimi yaşayıram" adı ilə təqdim olunacaq. Tamaşada teatrın aparıcı aktrisası Mehriban Abdullayeva oynayacaq.
Psixoloji-dramatik səhnə əsəri ötən əsrin 30-cu illərində Amerikada məşhur yazıçı Frensiz Skot Fitscerald və onun həyat yoldaşı Zeldanın yaşam tərzini əks etdirir. Tamaşa boyu cütlüyün həyatı və onların birlikdə yaşadığı dövrün mənzərəsi tamaşaçıya çatdırılır.
Monotamaşanın rejissoru Xalq artisti, professor Ağakişi Kazımov, musiqi tərtibatı İradə Muradova, işıq tərtibatı Vadim Kuskov, rəssamı Elşən Sərxanoğludur.
Lalə