Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasında səfərdədir. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, yaradıcı kollektiv Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalına qatılıb. Dekabrın 1-dən start götürən festival dekabrın 6-da başa çatacaq. Lənkəran teatrının kollektivi festivalda gənc yazar Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsəri ilə iştirak edir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda hazırlanmış tamaşada rolları Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və Nizami Qurbanov ifa edirlər.