Yevlax şəhər Mədəniyyət mərkəzinin tabeliyindəki şəhər Yaradıcılıq evində fəaliyyət göstərən Kukla xalq teatrında hazırlanan “Necə ki boz ayı aldı elə ev payı” adlı kukla tamaşasının premyerası keçirilib. Tədbirdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələri, valideynlər iştirak edib.
Tamaşadan əvvəl Yaradıcılıq evinin direktoru Zöhrə Adıgözəlova çıxış edərək fidan balaları, gələn qonaqları salamlayıb və teatrın fəaliyyəti barədə qısa məlumat verib.
Sonra Əzizə Əhmədovanın ssenarisi əsasında hazırlanmış kukla tamaşası nümayiş olunub. Maraq dolu anlarla yadda qalan tamaşa uşaqlarda müsbət keyfiyyətlərin inkişaf etdirilməsinə daha da stimul yaradıb.