Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Marat Haqverdiyevin “Məhəbbət və ağ ölüm” tamaşası ilə bölgələrdə çıxış edir.
Mədəniyyət və Turizm Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik!” teatr layihəsi çərçivəsində reallaşan tamaşa Sabirabad və İmişli rayonlarından sonra Samux və Goranboyda nümayiş olunub.
Səhnə əsəri dekabrın 6-da Balakən rayon Mədəniyyət mərkəzində təqdim edilib.
Teatrdan verilən məlumata görə, tamaşanın bölgələrdə nümayişi anşlaqla keçir.
Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rolları Vaqif Kərimov, Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Niyaməddin Səfərəliyev ifa edirlər.