AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Türk dillərinin qədim leksikası” adlı monoqrafiyası “Xəzər Universiteti” nəşriyyatında çap olunub. Əsərdə türk dillərindəki söz köklərinin ilkin strukturu, kök morfemlərdəki morfonoloji dəyişmələrin səbəbləri müəyyənləşdirilib, bəzi söz köklərinin arxetipləri bərpa olunub, qədim söz formalarının təsnifatı verilib, ilkin söz yaradıcılığının əsas istiqamətləri təsbit edilib. 
   Monoqrafiyanın elmi redaktoru mərhum akademik, dünya şöhrətli türkoloq Tofiq Hacıyevdir. Rəyçilər filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva və filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlidir. 
   
   S.Qaliboğlu