“Bu layihəni Bakıda həyata keçirmək bizim üçün böyük şərəfdir”
   
   Qarşılıqlı əməkdaşlıq və müxtəlif yerlərdə həyata keçirilən layihələr insanı çox zənginləşdirir. Bu layihəni Bakıda həyata keçirmək bizim üçün böyük şərəf olmaqla yanaşı, həm də olduqca maraqlıdır.
   
   Bu sözləri Rusiyanın PS TVC yaradıcılıq studiyasında kinorejissor Yeqor Konçalovski Bakı haqqında çəkiləcək filmlə bağlı keçirilmiş mətbuat konfransında söyləyib.
   Rejissor bildirib ki, o və Bakıdan olan həmkarı Nadir Moçanov Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçiriləcək layihənin prodüserləridir. Layihənin baş prodüseri isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır.
   Kinorejissor Y.Konçalovski nəzərə çatdırıb ki, film 10 novelladan ibarət olacaq. Filmləri ayrı-ayrı rejissorlar çəkəcək. Layihədə azərbaycanlı rejissorlarla yanaşı, Rusiya, Fransa, Britaniyadan rejissorlar iştirak edəcək.
   Növbəti bir ayın müddətində ssenarilərin seçiləcəyini söyləyən Y.Konçalovski birinci çəkiliş sessiyasının mart ayından başlanacağını bildirib. Hər filmin öz aktyorları və kastinqi, bir neçə bəstəkarı, kinooperatorları olacaq. Post-prodakşn Bakıda və Moskvada keçiriləcək. Bakı haqqında kinonovellalar ilin müxtəlif fəsillərində çəkiləcək. İşlərin 2013-cü ilin əvvəlində başa çatması nəzərdə tutulub.
   Müasir Azərbaycandan danışılacaq filmin ümumi qəhrəmanı Bakıdır.
   Prodüser Nadir Moçanov təqdim olunan ssenarilərin hələ ki, təsdiq olunmadığını, müsabiqənin davam etdiyini nəzərə çatdırıb. Qeyd olunub ki, ssenari seçiləndən sonra kastinq hazırlanacaq və aktyorlar seçiləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar