Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi dekabr ayını “Texnologiya ayı” elan edib. Bu ay çərçivəsində səfirliyin və Bakı Amerika Mərkəzinin əməkdaşları respublikamızın müxtəlif rayonlarına səfər ediblər. 
   Nümayəndələr Kürdəmir rayonunda da olublar. Mərkəzi kitabxanadakı Amerika mərkəzində keçirilən tədbir zamanı 3 D printer, müxtəlif robotlar və cihazlar uşaqlar üçün nümayiş etdirilib. Tədbirdə Bakı Amerika Mərkəzinin əməkdaşı Şölə Eminbəyli, ABŞ səfirliyinin əməkdaşı Tereza Dikson və könüllü Əli Məmmədov iştirak edirdi. Uşaqlar gətirilən avadanlıqla yaxından tanış oldular və onlar vasitəsilə müxtəlif oyunlar oynadılar. Tədbir ruh yüksəkliyi ilə başa çatdı. 
   
   Məryəm Əliyeva
   Kürdəmir rayon MKS-nin Metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı