Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının qərargahında “Parlamentarizmin aktual problemləri - tarix və müasirlik” (“Tavrida məruzələri-2017”) mövzusunda keçirilən beynəlxalq elmi konfransda Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Sənubər Qənbərova da iştirak edib. O, “1918-1920-ci illərdə Azərbaycan parlamenti” mövzusunda məruzə edib.
“Tavrida məruzələri” illik konfransları 2007-ci ildən keçirilir. Budəfəki konfransa “Rusiya imperiyasının Dövlət Dumasına seçkilər”, “Dövlət Dumasının və Dövlət Şurasının fəaliyyəti (1906-1917-ci illər)”, “1917-ci ildə Rusiya parlamentarizmi”, “MDB dövlətlərində parlamentarizmin inkişafının aktual problemləri” və digər mövzularda 70-dən çox məruzə təqdim edilib.
F.Hüseynov