Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi yanında şuranın iclası keçirilib. İclasda regional idarənin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərinin (MKS) 2017-ci ilin yanvar-noyabr aylarında fəaliyyətləri müzakirə edilib.
Regional idarənin rəisi Əhməd Ramazanov çıxış edərək görülmüş işlər və qarşıda duran məsələlər haqqında ətraflı danışıb.
İdarənin məsləhətçisi, şuranın məsul katibi Telman Əzimov MKS-lərin fəaliyyəti barədə məruzə edib. Sabirabad, Şirvan, Saatlı və Hacıqabul MKS-lərin direktorları Eldar Urufov, İltifat Nəbiyev, Sakit Bağırov Dövran Həsənov çıxış edərək hesabat dövrü ərzində görülən işlər haqqında məlumat veriblər. Regional idarənin rəis müavini Əziz Abbasov və başqaları çıxış edərək fikirlərini bölüşüblər.
İclasda MKS-lərin fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.