Dünya şöhrətli Amerika multiplikatoru, rejissor, prodüser, məşhur «Walt Disney Productions» kinoşirkətinin yaradıcısı Uolt Disney (Walter Elias Disney) 1901-ci il dekabrın 5-də Çikaqoda irlandiyalı mühacirlər ailəsində doğulub.
   1910-cu ildən ailələri Kanzas-Sitiyə köçüb. Uolt 1919-cu ildən burada kinoreklam şirkətində karikatura rəssamı işləməyə başlayıb. Bir qədər sonra burada tanınmış animator Ab Ayverkslə (Ub Iwerks) birgə animasiya studiyası qurub. Disney özünün məşhur cizgi filmləri qəhrəmanlarını ilk olaraq bu studiyada hazırlayıb. Lakin studiyada işlər o qədər də yaxşı getməyib və o, 1923-cü ildə Los-Ancelesə köçür və Amerika kinosunun mərkəzində - Hollivudda qardaşı Royla birgə «The Walt Disney” animasiya studiyasını yaradır.
   Bir qədər sonra Disneyin “Dəlicəsinə təyyarə” adlı filmində yeni personaj olan “Mikki Maus” (siçan Mikki) meydana çıxdı və tez bir zamanda məşhurlaşdı. 1929-cu ildə “Skletlərin rəqsi” adlı film işıq üzü gördü. Qəhrəmanların içərisində ən çox istifadə edilən Mikki Maus, ən şanssız ördək Donald Dak, it Plutto və Disneyin digər personajları canlandırılmışdı.
   Uolt Disney 1932-ci ildə Mikki Maus personajının yaradılmasına görə “Oskar” mükafatına layiq görüldü. 1933-cü ildə Disney studiyası ilk dəfə olaraq dünyada rəngli cizgi film buraxdı. Multiplikator bu filmin hazırlanmasında “Texnikolor” metodundan istifadə etmişdi. Onun növbəti uğuru “Üç donuz balası” adlı filmi ilə oldu və 1933-cü ildə bu filmə görə “Oskar” mükafatı qazandı. 1930-cu illərin ortalarında U.Disneyin filmləri tədricən Avropa və dünya bazarına çıxmağa başladı. “Ağbəniz və yeddi cücə” adlı filmlə Disney ilk dəfə olaraq qısametrajlı filmə müraciət etmiş və 1938-ci ildə Venesiyada keçirilən Beynəlxalq festivalda “Oskar” mükafatı ilə təltif edilmişdi. İkinci dünya müharibəsindən sonra Disney studiyası sifariş edilmiş qısametrajlı filmlər çəkməyə davam etmişdi.
   Bunlardan “Göyçək Fatma” (1950-ci ildə Venesiyada keçirilmiş Beynəlxalq festivalda mükafat almışdı), “Alisa möcüzələr ölkəsində” (1951) , “Piter Pen” (1953), “Xanım və avara” (1955), “Yatmış gözəl” (1959), “Cəngəllik kitabı” (1967-ci ildə Disneyin ölümündən sonra bitirilmişdi) və başqalarını sadalamaq olar. Disney studiyası cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.
   50-60-cı illərin sonlarında Disney studiyası yeni sənədli filmlərin çəkilməsinə başlayır. Bu sıraya “İnsanlar və ölkələr”, “Həyatdan macəra” (heyvanların həyatından bəhs edilirdi) və oyun üçün nəzərdə tutulmuş kommersiya filmləri daxil idi.
   Uolt Disneyin hazırladığı ən böyük layihələrdən biri uşaqlar üçün nəzərdə tutulan Disneylend - uşaq əyləncə şəhərciyidir. Bu gün Disneylend şəhərcikləri dünyanın bir sıra ölkələrində var.
   Uolt Disney 15 dekabr 1966-cı ildə vəfat edib.
   
   Çingiz






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar