İstanbulda dünya şöhrətli ədib, böyük qırğız yazıçısı Çingiz Aytmatovun (1928-2008) heykəlinin açılışı olub. Heykəl şəhərin Maltəpə bölgəsindəki Orxan qazi parkında ucaldılıb.
Bu münasibətlə keçirilən mərasimdə böyük yazıçının zəngin, mənalı həyat və yaradıcılığından, onun dünya ədəbiyyatının inkişafı, türk dünyası qarşısında misilsiz xidmətlərindən bəhs olunub.