İçərişəhərdəki Kiçik Qala küçəsində, Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında açıq havada “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 10 illik fəaliyyətini əks etdirən ekspozisiya nümayiş olunur.
İdarədən verilən məlumata görə, dekabrın sonunadək davam edəcək ekspozisiyada son 10 il ərzində elmi tədqiqat və arxeologiya, kütləvi tədbirlər, bərpa və abadlaşma sahəsində görülmüş işlər, həmçinin İçərişəhərdə səfərdə olmuş rəsmi qonaqlar və tanınmış simalar, Marionet teatrı, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzi, Tahir Salahovun ev-muzeyi və s. haqqında maraqlı məlumatlar və fotolar yer alıb.