Yanvarın 12-də Hindistanın Puna şəhərində 10-cu Beynəlxalq Pune film festivalı başlayıb. Yanvarın 19-dək davam edəcək mötəbər sənət yarışmasında ölkəmizi “Nərimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” bədii filmi təmsil edir.
   
   Kinostudiyadan bildiriblər ki, “Sahə” festivalın tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunacaq.
   Puna Film Fondu və Maxaraştra ştatının hökuməti tərəfindən təşkil olunan kinofestival Hindistanın mədəni həyatında əhəmiyyətli hadisəyə çevrilib. Müsabiqə çərçivəsində komediya, sənədli, idman haqqında və uşaq filmləri nümayiş etdiriləcək.
   Müsabiqə Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, Türkiyə, Yunanıstan, Rumıniya və digər ölkələri əhatə edir. Tədbirin əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə və qavranılmasına yardımçı olmaq, həmçinin dünya xalqları arasında əməkdaşlığın və dostluğun inkişafına zəmin yaratmaqdır.
   İndiyədək bir sıra festival və müsabiqələrdə uğur qazanan “Sahə” filmi dünya kinosunun aparıcı ölkələrindən olan Hindistanda da mükafata iddialıdır.
   Məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs edən film “Nərimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalıdır. Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və “Paşa Bank”ın iştirakı ilə lentə alınıb.
   Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamları Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.
   Filmdə baş rollarda Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) çəkiliblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar