Yanvarın 27-də Bakıda, “Üns” Teatrının səhnəsində ilk dəfə “Future Shorts” qısametrajlı filmlər festivalı açılacaq. Festivalın təşkilatçısı “Yarat Contemporary Art Space” şirkətidir.
   
   “Future Shorts” layihəsi irimiqyaslı qısametrajlı kino və animasiya filmləri festivalıdır. Festivalın geniş coğrafiyası Braziliyadan Cənubi Koreyayadək ərazini əhatə edir. London, Paris, Moskva, Kiyev, Roma, Edinburq, Oslo, Honkonq kinoteatr və klublarında ayda bir neçə dəfə nümayişlər təşkil olunur.
   Proqrama ən yaxşı qısametrajlı film nominasiyasında “Oskar” mükafatına layiq görülmüş “Sevgi allahı”, “Qısametajlı film” kateqoriyasında beynəlxalq mükafata layiq görülmüş “Dünənkindən daha dərin” və “Ən yaxşı qısametrajlı animasiya” nominasiyasında BAFTA mükafatına layiq görülmüş “Olen İqlman” filmləri daxildir. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar