Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib:
Qurbanov Seyfəddin Əli oğlu və Məmmədov Rəhim Əliağa oğlu “Əməkdar rəssam”, Manafzadə Turan İslam qızı, Məmmədova Elnarə Tofiq qızı və Nuriyev Mais Şükür oğlu “Əməkdar artist” fəxri adlarına layiq görülüb.