Sənədli filmin təqdimatı keçirildi
   
   Yanvarın 19-da Kinematoqrafçılar İttifaqında “Cənubda Şimal küləyi” qısametrajlı sənədli filminin təqdimatı keçirildi.
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Salnamə” kinostudiyasında çəkilən film 1990-cı il yanvar hadisələri zamanı sovet ordusunun Azərbaycanın cənub rayonlarında törətdiyi qırğınlardan bəhs edir.
   Nümayişdən öncə filmin yaradıcı heyəti çıxış etdi. Filmin ssenari müəllifi İntiqam Hacılı həmin tarixin, konkret olaraq Biləsuvar rayonunda baş verən hadisələrin şahidi olduğunu bildirərək ekran əsərində 20 Yanvara fərqli baxışı, geniş tamaşaçıya məlum olmayan faktları əks etdirməyə çalışdıqlarını bildirdi.
   Filmin rejissoru Mahmud Məmmədov “Salnamə” kinostudiyasına çəkiliş qrupu adından Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. 20 Yanvar faciəsi haqqında bir çox filmlərin çəkildiyini, kitabların yazıldığını dedi. Lakin bu hadisələr haqqında açılmayan səhifələrdən biri də məhz sərhədyanı rayonlarda baş verənlərdir: “Həmin hadisələri dolğun şəkildə işıqlandırmağa çalışmışıq”.
   Filmin məsləhətçisi İbrahim Şirinov isə bu hadisələrin gənclərə düzgün aşılanmasının önəmini dedi.
   Filmin çəkilişləri Biləsuvar rayonunda aparılıb və 22 il əvvəl həmin rayonun ərazisində baş verən olaylardan bəhs edir. Ekran əsərində arxiv materiallardan, sənədli-xronikal video materiallardan istifadə olunub.
   Filmin operatoru Rüfət Süleymanov, icraçı prodüser Kamil Məmmədovdur.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar