Bu il Azərbaycanda bir sıra sənədli, bədii və cizgi filmlərinin çəkilişləri başa çatdırılacaq. Filmlərin çəkilişləri Azərbaycan ilə yanaşı, digər ölkələrdə də aparılacaq.
   Hazırda “Mən evə qayıdıram” (rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəli), “Dolu” (rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas), “Sübhün elçisi” (rejissor Ramiz Həsənoğlu, ssenari müəllifi Anar), “Qırmızı bağ” (rejissor və ssenari müəllifi Mirbala Səlimli) və “Qisasını alıb öl” (rejissor və ssenari müəllifi Oqtay Mirqasımov) ekran əsərləri üzərində iş gedir.
   Cari ildə gənc rejissorlar 4 qısametrajlı film üzərində də işləri başa çatdıracaqlar.