Prezident İlham Əliyev yanvarın 9-da Fərhad Ağa Səlim oğlu Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Heydər Əliyev Sarayının direktoru Fərhad Babayev Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə təltif edilib.
   Dövlət başçısının digər sərəncamı ilə tanınmış rəssam, Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Möhübəli oğlu Əzizov (Arif Əziz) Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.