XIV “Detective Fest” beynəlxalq detektiv filmlər və hüquq-mühafizə mövzulu teleproqramlar festivalının Azərbaycanda rəsmi nümayəndəsi olan “Nərimanfilm” kino şirkəti festivalın müsabiqə proqramında iştirak etmək üçün filmlərin qəbulunu elan edir. Şirkətdən verilən məlumata görə, festival 2012-ci il aprelin 25-dən 29-dək Moskva şəhərində keçiriləcək. Festivalda 2011-ci il fevralın 1-dən 2012-ci il fevralın 28-dək istehsal olunmuş bədii, sənədli kino və telefilmlər (seriallar), teleproqramlar, xəbər süjetləri müxtəlif nominasiyalar üzrə iştirak edə bilər.
   Filmlərin qəbulu fevralın 18-nə qədər davam edəcək. Nominantların siyahısı festivalın saytında martın 20-də dərc olunacaq.