Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Tacik dili və mədəniyyəti mərkəzi açılacaq. Bu məsələ Tacikistanın Azərbaycandakı səfiri Rustam Solinin institutun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva ilə görüşündə müzakirə olunub. Görüşdə Azərbaycan ilə Tacikistan arasında əlaqələrdən söz açılıb. Həmçinin Şərqşünaslıq İnstitutunun Tacikistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə elmi əlaqələrinin qurulmasının perspektivlərindən söz açılıb.