Yanvarın 31-də Niderlandın Rotterdam şəhərində keçirilən kinofestivalda isveçrəli rejissor Eylin Xoferin Azərbaycan haqqında çəkdiyi sənədli film nümayiş etdirilib. Filmin çəkilişinə “Buta” İncəsənət Mərkəzi dəstək verib. Mərkəzinin baş direktoru Nəsib Piriyevin sözlərinə görə, “He Was a Giant with Brown Eyes” (“O, qəhvəyi gözlü nəhəng idi”) adlı ekran əsəri isveçrəli rejissorun çəkdiyi ilk tammetrajlı sənədli filmdir. Filmdə adi azərbaycanlı ailəsindən olan iki bacının həyatından, onların valideynlərinin ayrılması və ananın bacılardan biri ilə İsveçrəyə köçüb getməsindən bəhs olunur. Sadə, eyni zamanda təsirli və ibrətamiz olan bu hekayə Bakının və Azərbaycanın dağ rayonlarındakı kəndlərinin gözəl və canlı mənzərələri fonunda təsvir edilir.
   E.Xofer bir neçə qısametrajlı filmin müəllifidir. Onun ekran əsərləri nüfuzlu kino festivallarında mükafatlara layiq görülüb.   

 Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar