Beynəlxalq kino layihəsində Azərbaycandan üç rejissor yer alacaq
Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılacaq Bakı haqqında kinolayihənin hazırlıq işlərinə başlanılıb. Hazırda çəkilişlərin aparılacağı məkanlar seçilir və həmin yerlərə baxış keçirilir. Bakı haqqında çəkiləcək bədii filmin baş rejissoru rusiyalı rejissor Yeqor Konçalovskidir. Bədii filmə cəlb olunan rejissorlar artıq müəyyən edilib.
Film üzərində Azərbaycan, Rusiya, Fransa, Böyük Britaniya və digər ölkələrdən olan 10 rejissor işləyəcək. Layihədə Azərbaycandan 3 rejissor - İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayev yer alacaq. Hər rejissor Bakı haqqında 10 dəqiqəlik qısa novellalar çəkəcək.
Beynəlmiləl layihə müxtəlif dillərdə çəkiləcək və sonda bir dilə dublyaj ediləcək. Filmin hansı dildə tamaşaçıya təqdim ediləcəyi hələlik məlum deyil. Bakı haqqında çəkiləcək bədii filmin adı da konkretləşməyib. Artıq bütün dünyada məşhur olan analoji layihələr “Paris, mən səni sevirəm” “Nyu-York, mən səni sevirəm” və “Moskva, mən səni sevirəm” adlandırıldığından Bakı haqqında çəkiləcək filmə də “Bakı, mən səni sevirəm” adı verilə bilər.
Layihənin baş prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Nadir Moçanovdur. Layihənin 2013-cü ildə başa çatması gözlənilir.
“Narimanfilm” kinostudiyasından bildiriblər ki, rejissor İlqar Safatın paytaxtımızla bağlı ekranlaşdıracağı filmin çəkilişlərinə martın 10-da başlanacaq.