Yanvarın 14-də Riqada, Latviya Milli Opera Teatrının səhnəsində Cüzeppe Verdinin “Ernani” operasının konsert ifası olacaq. Konsert-tamaşada Donna Elviranın partiyasını Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva (soprano) ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiya Böyük Teatrının solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. 2015 və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib. O, həmçinin Latviya Milli Opera Teatrının dəvət edilmiş solistidir.