Xəbər verdiyimiz kimi, 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istehsal olunan bir neçə bədii filmin təhvil verilməsi nəzərdə tutulur. Bu ekran əsərlərindən biri də Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyası və Rusiyanın “Weit Media” şirkətinin birgə istehsalı olan “Qırmızı bağ” filmidir. Filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimlinin sözlərinə görə, ekran əsərinin ssenarisi hələ 2004-cü ildə yazılıb və beynəlxalq layihələr çərçivəsində çəkilməsi üçün təqdim edilib: “Nəhayət, 2010-cu ildə “Weit Media” şirkətinin rəhbəri, prodüser, həmyerlimiz Timur Vaynşteyn filmin çəkilməsini üzərinə götürdü. Mədəniyyət və Turizm Nazirliyi də bu layihəyə dəstək oldu və çəkiliş “Salnamə” kinostudiyasına həvalə olundu. Çəkilişlərə isə 2011-ci ilin aprelində start verildi. Bu, müəllif filmidir və süjet real hadisələrə əsaslanır”.
Filmin süjet xətti belədir ki, Abbas (Maqsud Məmmədov) adlı orta məktəb müəllimi nəslini davam etdirmək üçün oğlunun dünyaya gəlməsini istəyir. Lakin onun övladı olmur. Həyat yoldaşı musiqi müəlliməsi Vəfa (Gülzar Qurbanova) xəstədir və o da bundan çox narahatdır. Vəfa da övlad arzusundadır. Orxan (Tale Badıyev) adlı kimsəsiz uşağın ailəyə düşməsi ilə hadisələrdə dönüş yaranır. Filmdəki ziddiyyət bundan sonra başlayır.
Ekran əsərindəki növbəti xətt insan və təbiət münasibətləri ilə bağlıdır. Filmin ideyasına görə, insan təbiəti qorumalıdır, çünki özü təbiətin bir parçasıdır.
Rejissor filmin adı ilə bağlı da danışdı: “Qırmızı bağ elə bir müqəddəs məkandır ki, bu məkanda hər şey reallığa çevrilə bilər. Bu, arzuların həyata keçdiyi bir məkandır. Qırmızı rəng qan simvoludur, insanın yaranmasına, başlanğıca dəlalət edir. Filmin qəhrəmanları qırmızı bağa düşməklə sanki yeni həyata başlayırlar. Filmin sonunda qırmızı bağ mənasını tapır”.
Filmin operatoru Rusiyadan dəvət olunmuş Maksim Drazdov, rəssam Leonid Karpov, qrim ustası Pazilat Qazimaqomedovadır. Geyim üzrə rəssamlar Elman Rəşidov, Olqa Şabanovadır. İşıq ustaları və işıq avadanlığı Gürcüstandan gətirilib. Filmdə İlham Hüseynov, Xanlar Həşimzadə, Əbülfət Salahov, Firdovsi Nəbiyev, Arif Kərimov, Rusiyada yaşayan həmyerlimiz, rejissor və aktyor Ramiz İbrahimov və başqaları çəkiliblər.
Reyhan İsayeva