Fevralın 9-da Berlində 62-ci kinofestival işə başlayıb. Fevralın 19-dək davam edəcək festivalın leytmotivini “Cəmiyyətdə dəyişikliklər və parçalanmalar” mövzusu təşkil edir. 
   Bu il Berlinalenin müsabiqə proqramında 23 film iştirak edir. Azərbaycan kinematoqrafı da öz ekran əsərini Avropa tamaşaçısının mühakiməsinə çıxaracaq. Festivalda ölkəmizi Finlandiyada yaşayan həmvətənimiz Tahir Əliyev təmsil edəcək. Onun “Gözləyən qadın” filmi Finlandiyanın birinci telekanalı və İspaniyanın “Chello multi” telekanalı tərəfindən çəkilib. Çəkilişlər Zambiyanın paytaxtı Lusakada aparılıb. Azərbaycan rejissorunun filmi dəfələrlə beynəlxalq festivallarda iştirak edib. Ötən il bu film Rotterdam və Amsterdam beynəlxalq festivallarının tammetrajlı bədii filmlərin müsabiqəsi proqramına daxil edilmişdir.
   Tahir Əliyevin ilk ekran əsəri “Melanxoliyanın üç otağı” sənədli filmi Finlandiyanın ən yaxşı sənədli filmi kimi Venesiya kinofestivalının mükafatına layiq görülüb. Hazırda rejissor Bakıda keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin təşkilat komitəsinin meneceri və prodüseridir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar