Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün onlayn versiyası oxucuların ixtiyarına verilib. 
   Oxucular mərkəzin “açıq kitab” elektron kitabxana portalında (www.achiqkitab.az) “Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla sözlükdən yararlana bilərlər.
   Qeyd edək ki, sözlük Azərbaycan sözlərinin, eləcə də dilimizə daxil olmuş, işləklik qazanmış alınma söz və terminlərin seçimi və vahid, düzgün yazılış qaydası prinsipi üzrə tərtib edilib.