“Türk Hava Yolları” 2018-ci ildə 74 milyon sərnişin daşımağı planlaşdırıb.
Aviaşirkətin 2018-ci il üçün açıqladığı proqnozunda qeyd olunur ki, daşınan sərnişinlərin 33 milyonu daxili, 41 milyonu isə beynəlxalq aviareyslərdən yararlanacaq. Proqnozlara görə, minik yerlərinin sayı Türkiyə üzrə 10 faiz, Yaxın Şərq üzrə 9, Avropa və Uzaq Şərq üzrə 6, Amerika üzrə 4 və Afrika üzrə 3 faiz artacaq.
Qeyd edək ki, 2018-ci ildə “Türk Hava Yolları”nın habı İstanbulun hazırda inşa olunan üçüncü aeroportu olacaq.