Azərbaycanlı fotoqraf, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Foto Sənəti Federasiyasının “Əməkdar rəssamı” (Excellence FIAP) fəxri adına layiq görülüb.
FİAP (Beynəlxalq Foto Sənəti Federasiyası) dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Bu ada elə fotoqraflar layiq görülür ki, onların işləri FİAP-ın himayəsi altında keçirilən beynəlxalq müsabiqələrdə bədii və texniki ustalıq baxımından bəyənilmiş olsun.
AZƏRTAC-ın fotomüxbirinin işləri FİAP-ın himayəsi altında keçirilən sərgilərdə 300 dəfədən çox nümayiş etdirilib. İlqar Cəfərov Beynəlxalq Foto Sənəti Federasiyası tərəfindən dünyanın müxtəlif ölkələrində təşkil olunan fotomüsabiqələrdə iştirak etdiyi dövrdə (2015-2017-ci illərdə) 36 mükafata layiq görülüb.