Hüseyn xan Naxçıvanski haqqında film çəkilir
   
   Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyası Sankt-Peterburqun “Lennauçfilm” studiyası ilə birgə Hüseyn xan Naxçıvanski haqqında film çəkir.
   “Şərəfli ömür” adlı film görkəmli hərbi sərkərdə Hüseyn xan Naxçıvanskinin qəhrəmanlığı və peşəkarlığından bəhs edəcək. Filmin çəkilişləri Bakı, Naxçıvan, Tbilisi, Sankt-Peterburq və Moskvada aparılacaq.
   Çar Rusiyası ordusunun tanınmış zabitlərindən olan Hüseyn xan Naxçıvanskiyə I Dünya müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə görə 1916-cı ildə tam süvari qoşunu generalı rütbəsi verilib. Sonralar Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilib, Rusiyada Fevral inqilabından (1917) sonra hərbi işdən uzaqlaşıb. 1919-cu ildə 56 yaşında Sankt-Peterburqda vəfat edib.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar