Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi tərəfindən "Aşıq sənətinin tədrisi üzrə metodiki tövsiyə" çap edilmişdir. Aşıq sənətinin tədrisi üzrə ilk metodiki tədris vəsaitinin müəllifi Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyevdir. 
   Metodiki tövsiyədə aşıq havalarının tədris edilməsində musiqi aləti olaraq sazdan istifadə edilməsi ilə yanaşı, sazın texniki quruluşu ilə bağlı məlumatlar, aşıq poeziyası, o cümlədən deyişmə nümunələri, dastan yaradıcılığı, səhnə davranışı, aşıq sənətinə dövlət qayğısı və s. barədə bilgilər verilmişdir. 
   Folklorşünas Etibar Əliyev aşıq sənətinin tədrisi ilə bağlı "Aşıq sənəti tarixi" nəzəriyyə fənni üzrə proqram-dərslik də yazmışdır. Builki dərs ilindən başlayaraq Gədəbəy Aşıq Məktəbində "Aşıq sənəti tarixi" fənni tədris edilməkdədir.
   
   Günel Məmmədova 
   Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı