2017-ci ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində 354 müəllifin 667 əsəri qeydiyyatdan keçirilib. “Elektron xidmət” bölməsi vasitəsilə müəlliflərin 40 müraciəti əsasında isə 31 əsər qeydiyyata alınıb.
   Agentliyin 2017-ci ildə görülmüş işlər barədə hesabatında bildirilir ki, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən bu il yanvarın 1-dək ümumilikdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib. Hesabat ilində əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə dövlət büdcəsinə 3750 manat vəsait ödənilib.