Fevralın 26-da “Nizami” kinoteatrında ANS Müstəqil Yayım və Media Şirkətinin, Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və “Bakıfilm” kinostudiyasının birgə istehsalı olan “Xoca” bədii filminin ilk nümayişi olub.
   
   Mərasimdə Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Qeyd olunub ki, Xocalı faciəsinin dəhşətlərindən bəhs edən ekran əsəri Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə çəkilib.
   Xocalı qətliamının 20-ci ildönümünə həsr olunan, faciəni bütün miqyası ilə özündə əks etdirən 108 dəqiqəlik bədii filmin ssenari müəllifi və rejissoru Vahid Mustafayevdir. Film Azərbaycanın ən yeni tarixini əks etdirən mükəmməl ekran əsəridir. Film əsrlər boyu bu torpaqlarda yaşayan, erməni quldur birləşmələri tərəfindən işgəncə ilə qətlə yetirilən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə, Xocalı soyqırımının bütün qurbanlarının xatirəsinə həsr olunmuş özünəməxsus kinoabidədir.
   Ekran əsəri erməni quldurların keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə torpaqlarımızda törətdikləri soyqırımından, sevgi və xəyanətdən, qəhrəmanlıq və qorxaqlıqdan bəhs edir. Ermənilərin Azərbaycanın qədim Xocalı şəhərində törətdikləri qətliamdan bəhs edən filmin ana xəttini müharibələrin bütün mümkün gözəlliklərə qarşı çevrilməsi, insanların içindəki ən bəşəri xüsusiyyətlərin hədəfə alınması təşkil edir.
   Əsas çəkilişləri Şəkinin Bideyis kəndində aparılan filmin ərsəyə gəlməsində iki minədək insan iştirak edib. İran kinematoqrafçıları ilə birgə istehsal edilən ekran əsərinin çəkilişlərinə çoxsaylı hərbi heyət və zirehli texnika cəlb olunub. Erməni-sovet silahlı birləşmələri ilə qeyri-bərabər vuruşmada Azərbaycan döyüşçülərinin göstərdikləri müqavimət inandırıcı təsvir edilib.
   Rolları İlqar Musayev, Nigar Bahadırqızı, Elnur İsmayılov, Telman Əliyev, Nəcibə Hüseynova, Elmira Yaqubova və başqaları ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar