“Ultra Production” şirkətinin dəstəyi ilə bir qrup azərbaycanlı kino həvəskarı qısametrajlı bədii film üzərində işi başa çatdırıb. Emil Quliyevin ssenarisi əsasında çəkilən “İnkoqnito” adlı filmin rejissoru bu sahədə debüt edən Zaur Qasımlıdır.
   Filmin yaradıcı heyətindən bildiriblər ki, “İnkoqnito” qısametrajlı bədii filminin bir sıra nüfuzlu beynəlxalq kino müsabiqələrinə, o cümlədən tanınmış Kann kinofestivalına göndərilməsi nəzərdə tutulub. Filmdə baş rolları gənc aktrisa Nigar İbrahimova və aktyor Qorqud Cəfərli ifa edirlər.
   Tərbiyəvi-əxlaqi mövzudakı 15 dəqiqəlik film Bakının adi mənzillərinin birində gənc, daim “ağ atlı şahzadə” haqda düşünən Emilya adlı qızdan bəhs edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar