Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində 20 Yanvar həftəsi çərçivəsində Milli matəm gününə həsr olunmuş növbəti tədbir keçirilib.
Müəllim və tələbə heyətinin iştirakı ilə təşkil olunan “20 Yanvar faciəsi tariximizdə şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda elmi-nəzəri konfransda 1990-cı il 20 yanvar hadisələrinin tarixə ən amansız cinayətlərdən biri kimi düşdüyü və bu faciənin bəşər tarixində qara səhifə olaraq qalacağı vurğulanıb.
Konfransda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev bildirib ki, xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur, onlar vətən yolunda canlarını fəda edərək dövlət müstəqilliyimizin bərpasında böyük rol oynayıblar.
Sonra 20 Yanvar faciəsinin canlı şahidləri və akademiyanın tələbələri Milli matəm günü ilə bağlı fikir və xatirələrini bölüşüblər.
Tədbirin sonunda 20 Yanvara həsr edilmiş fotosərgi nümayiş edilib.