Xocalı soyqırımı haqqında sənədli filmin təqdimatı
   
   Martın 11-də Heydər Əliyev Fondunun dəstəyi ilə “Nizami” Kino Mərkəzində “Qafqazda sülh” beynəlxalq layihəsi çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalı olan “Sonu olmayan dəhliz” adlı sənədli filmin siqnal variantının təqdimatı keçirilib. “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində keçirilən təqdimat Xocalı faciəsinin 20 illiyinə həsr olunub. Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.
   Böyük Britaniya, Litva, Estoniya və Finlandiya kinematoqrafçılarından ibarət yaradıcı qrupun çəkdiyi film 1992-ci ilin 26 fevral gecəsində baş vermiş insan faciəsindən bəhs edir.
   Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tədbirdə çıxış edərək filmin yaradıcı qrupunun işini yüksək qiymətləndirib.
   Filmin müəllifi, 1992-ci ilin fevralında Ağdamda olmuş və Xocalı faciəsinin dəhşətlərini görmüş litvalı jurnalist Riçardas Lopaytis ekran əsəri barədə danışıb. Onun sözlərinə görə, yaradıcı heyətin mövqeyi ilə razılaşmayanlar da ola bilər: ”Mənim üçün əsas olan bütün dünyanın Xocalı haqqında bilməsidir. Məhz bu, ədalətin bərpa olunmasının əsas şərtidir”.
   Tədbirin iştirakçılarına Leyla Əliyevanın ideya müəllifi olduğu, ingilis və rus dillərində hazırlanmış “Xocalı. 20 il, 10 hekayət. Bunlar həqiqət ola bilərdi...” kitabları təqdim edilib. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar