Gənc Tamaşaçılar Teatrı İranın paytaxtı Tehranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edir.
Yanvarın 21-də teatrın repertuarındakı “Cəza” tamaşası Tehran səhnəsində nümayiş etdirilib.
Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Psixoloji oyun dramında rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu İsa Əsədova məxsusdur. Tamaşa tehranlı teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, yanvarın 18-də başlamış festival ayın 29-dək davam edəcək.