Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “Butafilm” kino şirkəti ilə müştərək istehsal etdiyi “Buta” filmi beynəlxalq festivala dəvət alıb. Ekran əsəri martın 14-dən 24-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “Cape Winelands” film festivalının proqramına daxil edilib. “Buta” ekran əsəri festivalın “Əsas müsabiqə” bölümündə iştirak edəcək və mükafat uğrunda yarışacaq.
   2011-ci ildə çəkilmiş filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf, prodüserləri Xamis Muradov və İlqar Nəcəf, operatoru Georgi Beridze, bəstəkarı Cavanşir Quliyevdir. Filmdə baş rolları Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva və başqaları ifa ediblər.
   ”Buta” filmi ötən il “Asiya Oskarı” kimi tanınan “Asian Pasific Screen Award”ın təqdimat mərasimində “Uşaqlar üçün ən yaxşı bədii film” mükafatını alıb. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar