2012-ci ildə təhvil verilməsi nəzərdə tutulan tammetrajlı ekran əsərlərindən biri - “Çölçü” bədii filmi artıq hazırdır.
    Rejissor Şamil Əliyevin bildirdiyinə görə, filmin hazır nüsxələri Rusiyanın M.Qorki adına kinostudiyasında yüksək keyfiyyətlə “Dolby Digital” səs sisteminə çevrildikdən sonra təhvil alınıb. Rejissor bildirib ki, filmin premyerası yay aylarına planlaşdırılır. Film beynəlxalq festivallara da göndəriləcək.
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Çölçü” bədii filmi mövzu və ideya baxımından fərqli ekran əsəridir. İnsan amilinin əsas götürüldüyü bu fəlsəfi dramın ssenari müəllifi Vidadi Həsənov, quruluşçu rejissoru Şamil Əliyev, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, İbrahimxəlil Əminov, geyim üzrə rəssamı Aygün Əliyeva, bəstəkarı Rauf Əliyev, prodüseri Müşfiq Hətəmov, icraçı direktoru Azər Quliyevdir. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcüstanlı aktrisa Salume Demuriya, Cavidan Məmmədli və digərləri çəkiliblər.    

  Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar