Avanqard üslublu fırça ustalarından bəhs edən filminin təqdimatı
   
   Martın 14-də “Nizami” Kino Mərkəzində «Yaddaş» sənədli filmlər studiyasında rejissor Şamil Nəcəfzadənin lentə aldığı «Üfüqü ötənlər» sənədli-bədii filminin təqdimatı keçirildi. Azərbaycanın beş avanqard üslublu rəssamı - Mir Cavad, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev və Qorxmaz Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən ekran işinin ssenari müəllifi Sara Oğuz Nəzirova, operatoru Nizami Abbas, rəssamı Tural Məmmədovdur.
   Təqdimat mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov müəlliflərin maraqlı ekran əsəri yaratdıqlarını vurğuladı.
   Sara Oğuz Nəzirova filmdə bəhs edilən rəssamları yaxından tanıdığını deyərək, onların yaradıcılıq xüsusiyyətlərindən danışdı: «Bu rəssamlar öz yaradıcılıqları ilə çox şeyi sübut edərək, XX əsrdə təsviri incəsənətimizdə, xüsusilə rəngkarlıqda zəngin irs qoydular. Müasir yaradıcı gənclər ardınca getdi. Belə böyük rəssamlar haqqında filmi ərsəyə gətirdiyimizə görə çox xoşbəxtəm».
   Filmdə beş rəssamın həyat və yaradıcılığından, o cümlədən onların çətin-dramatik talelərindən bəhs olunduğunu deyən filmin rejissoru ekran əsərinin 10 aya ərsəyə gəldiyini diqqətə çatdırdı. O, filmin rus və ingilis dillərinə də tərcümə ediləcəyini və beynəlxalq festivallara göndəriləcəyini bildirdi.   

  Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar