Martın 14-də “Nizami” Kino Mərkəzində 2011-ci ildə Avropa Kino Akademiyasının “Ən yaxşı kinoprodüseri” mükafatının sahibi, türkiyəli prodüser Zeynəb Özbatur Atakan mətbuat nümayəndələri ilə görüşdü. Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin, “ÖZ” prodüser mərkəzinin və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin birgə təşkilatçılığı ilə türkiyəli prodüser martın 14-dən 16-dək Bakı Film İnstitutunda (BFİ) ustad dərsləri keçəcək.
   Zeynəb Atakan bir çox beynəlxalq kinofestivalların müxtəlif nominasiyalarının qalibidir. Onun prodüseri olduğu “Üç meymun” filmi 61-ci Kann kinofestivalında “Ən yaxşı film” nominasiyasının qalibi olub, “Bir zamanlar Anadoluda” filmi 64-cü Kann kinofestivalının “Qran-pri”sinə, 2006-cı ildə isə “İqlimlər” filmi yenə də həmin festivalın “Oslo kino mükafatı”na layiq görülüb.
   Türkiyəli prodüser ortaq mədəniyyəti paylaşan xalqlarımızın bir-birinə daha yaxından bələd olması üçün belə görüşlərin əhəmiyyətini vurğuladı. O, Azərbaycan filmlərini bir çox beynəlxalq festivallarda izlədiyini dedi.
   Sonra qonaq jurnalistlərin suallarını cavablandırdı.    

   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar