Fevralın 13-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında Boris Asafyevin “Baxçasaray fontanı” baleti oynanılacaq.
Teatrın saytı xəbər verir ki, səhnə əsərində gənc knyaz Vatslav obrazını həmvətənimiz Fuad Məmmədov ifa edəcək. F.Məmmədov Bakı Xoreoqrafiya Məktəbini (indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Mariinsk Teatrında çalışır.