2 fevral - Gənclər günündə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində amerikalı dramaturq Nil Saymonun pyesi əsasında hazırlanmış “Sonuncu ehtiraslı gənc” tamaşası nümayiş etdiriləcək.
Tamaşanın bədii rəhbəri Xalq artisti Yuri Baliyev, rejissoru teatrın aktyoru İlkin Mehdiyevdir. Rollarda Əbdülqəni Əliyev (“Yuğ” teatrı), Natəvan Hacıyeva (Rus Dram Teatrı) çıxış edəcəklər.
Ötən ilin dekabr ayında Sankt-Peterburqda Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılmış bu tamaşa böyük maraqla qarşılanıb. Layihənin iştirakçıları 24-cü “Milad paradı” Beynəlxalq teatr festivalının diplomu ilə təltif ediliblər.