Mingəçevir Turizm Kollecində böyük bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə “Qara Qarayev yaradıcılığı tələbələrin fırçasında” adlı rəsm sərgisi təşkil edilib. 
   Təsviri sənət müəllimi Aygün Hümbətovanın təşəbbüsü ilə hazırlanan sərgidə kollec tələbələrinin əl işləri nümayiş olunur. Sərgi fevralın 2-dək davam edəcək. Dahi bəstəkarın 100 illiyilə bağlı kollecdə keçirilən tədbirlərdən biri - inşa müsabiqəsi də ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə gerçəkləşib. Qara Qarayevin bəstəkarlıq fəaliyyətinə həsr olunan müsabiqəyə bütün tədris qruplarının tələbələri qoşulub. Müsabiqədə fərqlənən tələbələr mükafatlandırılacaq.