Bu yaxınlarda başa çatan 62-ci Berlin kinofestivalının “Euroipian Film Marketed” bölməsində 15 postsovet ölkəsindən gənclərin qatıldığı “15 young by young” layihəsi maraqlı ekran əsərləri ilə yadda qalıb. Layihə çərçivəsində 15 gənc rejissorun hər biri 12 dəqiqəlik sənədli film çəkib və həmin filmlər Berlin kinofestivalında nümayiş etdirilib.
   
   Azərbaycanı bu layihədə “Buta film” studiyası təmsil edib. Rejissor Ələkbər Əliyevin lentə aldığı “Qarğıdalı” filmi maraqla qarşılanıb. Layihənin rəhbəri, latviyalı prodüser İlona Biçevskaya “Qarğıdalı” sənədli filminin tragikomikliyi ilə başqa ekran əsərlərindən fərqləndiyini bildirib.
   “Qarğıdalı” qısametrajlı sənədli filminin prodüseri Əli İsa Cabbarov, ssenari müəllifi Çingiz Rəsulzadə, rejissoru Ələkbər Əliyev, operatorlar Elşən Bədəlov, Pərviz İlyazoğlu, montajçısı Vladimir Berkmandır. Film yay mövsümündə dəniz kənarında qarğıdalı satan Məlik adlı yeniyetmə oğlanın gündəlik həyat tərzindən, arzularından bəhs edir.
   Filmin rejissoru Ələkbər Əliyev Berlin kinofestivalında təmsil olunmağı Azərbaycan kinosu üçün böyük uğur adlandırdı: “Tamaşaçılar filmi sadəliyinə görə çox bəyəndiklərini söylədilər. Azərbaycan filmini izləmək onlara maraqlı idi”. Ə.Əliyev kino dilinin mürəkkəbləşdiyi vaxtda sadəliyə üstünlük verdiyini bildirdi.
   Onu da qeyd edək ki “Qarğıdalı” filmi fevral ayında Fransa-Almaniya telekanalı ARTE-də nümayiş olunub.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar